Bakı,TurkicWorld
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş NATO Parlament Sədrləri Zirvəsində iştirak etmək üçün 6-10 iyul tarixlərində ABŞ-da rəsmi səfərdə olacaq.
TurkicWorld xəbər verir ki, Vaşinqtonda keçiriləcək sammitə ABŞ nümayəndə heyəti ev sahibliyi edəcək.
NATO-nun 75-ci ildönümü münasibətilə 23 parlament spikeri, 32 NATO üzvü və Ukraynadan parlament liderləri bir araya gələcək.
Kurtulmuşun Rusiya-Ukrayna müharibəsi başda olmaqla regional və qlobal mövzulara toxunması gözlənilir.
Həmçinin, Kurtulmuş sammit çərçivəsində ikitərəfli görüşlər də keçirəcək.