Son dəqiqə

Rusiya Çexiya

Çexiyada Rusiya vətəndaşları üçün qaydalar dəyişib

Bakı. TurkicWorld:

Rusiya Federasiyasının vətəndaşları bundan sonra biometrik pasport olmadan Çexiyaya gedə bilməyəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski "X" sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, Çexiya üçün prioritet təhlükəsizlikdir və hökumət “növbəti təxribat aktı” ərəfəsində boş durmayacaq.

"Çexiyada qalmaq istəyən hər kəs öz kimliyini sübut etməlidir. Ruslar üçün biometrik olmayan pasport, artıq kifayət etməyəcək", - nazir qeyd edib.

Mövzuya görə xəbərlər