Son dəqiqə

Türkiyə Rusiya

Türkiyədə qurulan Rusiya şirkətlərinin sayı kəskin azalıb

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-may ayında Türkiyədə Rusiya kapitalı ilə 58 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 414 şirkət azdır.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Rusiya şirkətlərinin məcmu kapitalı 56,5 milyon türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 626,5 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-may ayında Rusiya şirkətlərinin əksəriyyəti İstanbulda (33) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Rusiya şirkətlərinin ümumi kapitalı 9,6 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən ki, 2024-cü ilin yanvar-may ayında Türkiyədə Rusiya kapitalı ilə 29 ticarət şirkəti qeydiyyata alınıb.
Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində əhatə edir.

Mövzuya görə xəbərlər