Türkiyə Ersin Tatar Cevdet Yılmaz

Cevdet Yılmaz Ersin Tatar ilə görüşüb

Bakı,TurkicWorld

Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Şuşada Şimali Kipr Türk Respublikasının (KKTC) prezidenti Ersin Tatarla görüşüb

TurkicWorld xəbər verir ki, bu barədə Yılmaz X sosial media hesabında paylaşım edib.

Azərbaycanın Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Qeyri-rəsmi Zirvə Toplantısı çərçivəsində Cevdet Yılmaz və Ersin Tatar arasında görüş keçirilib.

“Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Qeyri-rəsmi Zirvə Toplantısı çərçivəsində Şuşada ŞKTC Prezidenti cənab Ersin Tatarla görüşməkdən məmnun oldum”,- deyə paylaşımda qeyd olunub.

“Hər zaman qeyd etdiyimiz kimi, Türkiyə olaraq KKTC-nin firavan gələcəyə çatması üçün əlimizdən gələni etməyə davam edəcəyik”,- deyə Yılmaz qeyd edib.

Mövzuya görə xəbərlər