Son dəqiqə

Türkiyə Türk Dövlətləri Təşkilatı Cevdet Yılmaz

Bəzi dövlətlərin haqsız ittihamlarla Azərbaycanı hədəf alması qəbuledilməzdir - Cevdet Yılmaz

Şuşa, TurkicWorld

Azad edilən ərazilərdə olan bərpa-quruculuq işlərinə qürurla şahidlik ediirk.

TurkicWorld xəbər verir ki, bu barədə Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz bildirib.

O qeyd edib ki, Türkiyə əvvəldən bəri Qarabağ zəfərini yalnızca torpaqların işğaldan azad edilməsi kimi yox, Cənubi Qafqazda sülh və sabitlik yolunda tarixi bir fürsət pəncərəsinin açılışı olaraq gördü.

"Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının tezliklə imzalanmasının Cənubi Qafqazda əhatəli geniş həll yolunun ən böyük əngəli ortadan qaldıracağına inanıram.

Beynəlxalq təşkilatların illərlə Azərbaycana edilən ədalətsizliyə etinasız qalmasına rəğmən Azərbaycan xalqı, Prezident İlham Əliyevin qətiyyəli liderliyi ilə öz qəhrəmanlıqları ilə haqqlarını geri aldı. Birinci Qarabağ Müharibəsindən sonra yerlərindən didərgin salınan 1 milyon azərbaycanlı qardaşlarımız üçün səsini çıxarmayan dövlətlərin bugün haqsız ittihamlarla qardaş Azərbaycanı hədəf alması heç bir halda qəbul edilə bilməz. Türk dünyası olaraq bu əsassız iddialara qarşı Azərbaycana güclü dəstək verməyimiz qardaşlığımızla yanaşı ədalətində gərəyidir", - deyə C.Yılmaz bildirib.

Mövzuya görə xəbərlər