Bakı. TurkicWorld:
Türkiyədənin Bolu şəhərində Merih Demiralın heykəli ucaldılacaq.
TurkicWorld bu barədə türk KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, Bolu Bələdiyyə Başçısı Tanju Özcan "bozqurd" işarəsi üçün UEFA-nın futbolçunu 2 oyunluq cəzalandırmasına reaksiya verib.
Özcan verilən cəzanı şiddətlə qınayıb və yerli futbol qurumunu da tənqid edib: "Bu cəzanın qarşısını ala bilmədiyi üçün Futbol Federasiyasını lənətləyirəm".
Boluda "bozqurd" işarəsi göstərən Merihin heykəlini ucaldacağına da söz verən Tanju Özcan, "Avropa gəlsin məni də cəzalandırsın" deyib.