Bakı, TurkicWorld
Türkiyənin 81 vilayətində silah qaçaqmalçılığı və sənədsiz silah gəzdirməyə qarşı "Mercek-26" adı altında keçirilən əməliyyat nəticəsində 2511 silah götürülüb, 2310 şübhəli barəsində istintaq başlayıb.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkəsi hesablnda məlumat yayıb.
"Türkiyənin 81 vilayətində silah qaçaqmalçılığı və sənədsiz silah daşıyan şəxslərə qarşı "Mercek-26" əməliyyatları təşkil olunub. Əməliyyatlar nəticəsində 1271 sənədsiz silah, 534 tapança, 43 uzun lüləli silah, 663 sənədsiz ov tüfəngi daxil olmaqla 2 511 silah ələ keçirilib. Təxminən 2 min 310 şübhəli barəsində istintaq başlayıb", - Əli Yerlikaya bildirib.
Nazir vurğulayıb ki, bu istiqamətdə əməliyyatlar davam etdirilir.