Son dəqiqə

Türkiyə Finlandiya Anıtkabir

Finlandiya prezidenti Türkiyədə Anıtkabiri ziyarət edib

Bakı, TurkicWorld

Finlandiya Prezidenti Alexander Stubb, Türkiyəyə rəsmi səfəri çərçivəsində Mustafa Kemal Atatürk'ün məzarı Anıtkabiri ziyarət edib.

TurkicWorld xəbər verir ki, ziyarət zamanı Prezident Stubb, Ulu Öndər Mustafa Kamal Atatürkün məqbərəsinə əklil qoyaraq ehtiramını bildirib və nümayəndə heyəti ilə birgə xatirə şəkili çəkdirib.

Stubb Anıtkabir Xüsusi Kitabını imzalayaraq, Türkiyə və Finlandiya arasındakı uzunmüddətli əlaqələri və dostluğu vurğulayıb.

O, kitabda 1924-cü ildə imzalanmış dostluq müqaviləsinə və iki ölkə arasındakı sıx münasibətlərə diqqət çəkərək, Türkiyəyə səfər etməkdən böyük şərəf duyduğunu qeyd edib.

Mövzuya görə xəbərlər