Bakı, TurkicWorld
Əlverişsiz hava şəraiti ilə əlaqədar Bartında dərslər bir günlük dayandırılacaq.
TurkicWorld xəbər verir ki, bu haqda Bartın Qubernatorluğunun sosial media hesabından məlumat verilib.
Həmçinin dövlət müəssisə və təşkilatlarında çalışan fiziki qüsurlu və hamilə kadrlar da bir günlük məzuniyyətə buraxılacaq.