Bakı. TurkicWorld
Türkiyədən Yunanıstana qeyri-qanuni yollarla keçmək istəyənlər saxlanılıb.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, Balıkəsirin Ayvalık rayonu sahillərində Yunanıstanın Midilli (Lesbos) Adasına qeyri-qanuni yollarla keçmək istəyən 10-u uşaq olmaqla 24 miqrant Sahil Mühafizəsi tərəfindən saxlanılıb.
Saxlanılan qanunsuz miqrantlar barədə hüquqi prosedur başladılıb.