Son dəqiqə

Ermənistan Rusiya Mixail Qaluzin

Rusiya XİN-dən Ermənistanın Moskvadakı səfirini dəyişməsinə reaksiya verib

Bakı, TurkicWorld

Moskvadakı səfiri dəyişmək məsələsi Ermənistanın preroqatividir.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin jurnalistlərə deyib.

Onun sözlərinə görə, digər ölkəyə səfir təyin edən ölkə namizədi dəyişməklə bağlı müstəsna hüquqa malikdir.

"Bu kimi məsələlərin həlli üçün prosedurlar müəyyən edilib və həyata keçiriləcək", - o deyib.

Qaluzin Rusiyanın Ermənistanın Moskvadakı səfiri Vaqarşak Arutyunyanın fəaliyyətindən razı olduğunu, onun iki ölkə arasındakı münasibətlərə mühüm töhfə verdiyini əlavə edib.

"Vaqarşak Varnazoviçə Rusiya-Ermənistan münasibətlərinə verdiyi böyük töhfəyə görə minnətdaram", - o deyib.

Mövzuya görə xəbərlər