Son dəqiqə

Qətər İrlandiya

Dohadan Dublinə uçan təyyarə turbulentliyə düşüb

Bakı. TurkicWorld:

Qətərin paytaxtı Dohadan İrlandiyanın paytaxtı Dublinə uçan Qətər Hava Yollarına məxsus təyyarənin turbulentliyə düşməsi nəticəsində 12 nəfər xəsarət alıb.

TurkicWorld xəbər verir ki, bu barədə Dublin hava limanından məlumat verilib.

Dohadan Dublinə uçan “QR017” nömrəli Boeing 787 Dreamliner tipli təyyarənin Türkiyə səmasında turbulentliyə girməsi nəticəsində 6 sərnişin və 6 kabin heyəti yaralanıb.

Açıqlamaya görə, hadisədən zərər çəkənlərə tibbi müdaxilə etmək üçün təyyarə təcili yardım qrupları tərəfindən qarşılanıb və yaralılardan 8-i xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı Qatar Airways-dən verilən açıqlamada uçuş zamanı bəzi sərnişin və personalın yüngül xəsarət aldığı və onlara tibbi yardım göstərildiyi bildirilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər