BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail Baş naziri Benyamin Netanyahu Hizbullaha qarşı əməliyyatların miqyasını artırmaq barədə göstəriş verdiyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, Netanyahu bildirib ki, İsrail ordusu Hizbullah mövqelərinə “güclü zərbələr” endirəcək və əməliyyatların intensivliyi artırılacaq. Baş nazir vurğulayıb ki, İsrail Hizbullahla “müharibə vəziyyətindədir” və son həftələrdə qruplaşmanın 600 üzvünün öldürüldüyünü iddia edib.
Netanyahu əlavə edib: “Biz Hizbullah əleyhinə zərbələrimizin miqyasını artıracağıq və dayanmayacağıq.”






