BAKI,TurkicWorld Yusif Şərifzadə
Regional təhlükəsizlik və diplomatik proseslərlə bağlı yeni açıqlama Qətər tərəfindən səsləndirilib.
TurkicWorld xəbər verir ki, Qətərin Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Cassim Əl Tani Yunanıstanın Afina şəhərində keçirilən “Avropa–Körfəz Geosiyasət və İnvestisiyalar Alyansı Sammiti” çərçivəsində Küveytin Baş naziri Məhəmməd Sabah Əl-Salem Əl-Sabah ilə görüş keçirib.
Məlumata görə, tərəflər görüş zamanı İran və ABŞ arasında atəşkəs və gərginliyin azaldılmasına yönəlmiş təşəbbüsləri müzakirə ediblər.
Qətərin yüksəkvəzifəli diplomatı bütün tərəflərin davam edən vasitəçilik səylərinə müsbət yanaşmasının vacibliyini qeyd edib.
Onun sözlərinə görə, bu yanaşma mövcud böhranın əsas səbəblərinin dialoq və sülh yolu ilə həllinə imkan yarada, eyni zamanda gələcəkdə yenidən gərginliyin artmasının qarşısını ala biləcək davamlı razılaşmanın formalaşmasına şərait yarada bilər.







