Son dəqiqə

Prezident İlham Əliyev

Prezident İlham Əliyev Si Cinpinə başsağlığı verib

BAKI,TurkicWorld

Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı verib.

TurkicWorld xəbər verir ki, məktubda deyilir:

"Şansi əyalətində yerləşən kömür mədənində baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".

Mövzuya görə xəbərlər