Son dəqiqə

Şimali Koreya Kim Çen In

Kim Çen In yeni tankı sınaqdan keçirib

Bakı. TurkicWorld:

Həqiqi atəş təlimi keçirən Şimali Koreya, yeni hazırladığı tankı ilk dəfə ictimaiyyətə təqdim edib.

TurkicWorld xəbər verir ki, Şimali Koreyanın rəsmi mətbuatında yer alan xəbərə görə, dünən tank qoşunlarının iştirakı ilə real atəş təlimi keçirilib.

Məlumata əsasən, ölkə lideri Kim Çen In yeni tankı şəxsən sınaqdan keçirib.

Bildirilib ki, Şimali Koreyaya məxsus tankları “dünyanın ən güclüsü” adlandıran Kim yeni tankın zərbə gücündən və manevr qabiliyyətindən çox razı qalıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər