BAKI. TurkicWorld:
Ordunun məlumatına görə, hərbçi bu gün partlayıcı yüklü pilotsuz uçuş aparatının zərbəsi nəticəsində yaralanıb.
Bildirilib ki, yaralı əsgər təxliyə olunaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, İsrail ordusu gün ərzində Livanın cənubunda genişmiqyaslı hava və artilleriya zərbələri endirib. Livanın Milli Xəbər Agentliyinin məlumatına əsasən, əl-Saksakiyə şəhərinə həyata keçirilən son hücum nəticəsində azı 5 nəfər həlak olub, 15 nəfər yaralanıb.







