BAKI, TurkicWorld
Yəməndən İsrailə raket hücumu – Qüds və qərb sahilində sirenlər səsləndirilib.
TurkicWorld xəbər verir ki, Yəməndə İranın dəstəklədiyi husilər İsrailə qarşı növbəti raket hücumu həyata keçirib.
İsrail Müdafiə Qüvvələri (IDF) hücum səbəbilə Qüds və İordan çayının qərb sahilindəki bir sıra yaşayış məntəqələrində hava hücumu siqnalının səsləndiyini açıqlayıb.
Rəsmi məlumatlara görə, hücum zamanı əhaliyə sığınacaqlara keçmək çağırışı edilib, lakin raket havada zərərsizləşdirilib. İsrail mediası maddi zərər və insan tələfatı barədə heç bir məlumatın olmadığını bildirib.
Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi husi qüvvələri son aylarda İsrailə qarşı bir neçə raket və dron hücumu həyata keçirib. Bu hücumlar bölgədə gərginliyi daha da artırır.






