Bakı, TurkicWorld
Rusiyada məhkəmə Telegram-ı 3 milyon rubl (təxminən 34 min dollar) məbləğində cərimələyib.
TurkicWorld xəbər verir ki, Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Rabitə Nəzarəti Agentliyinin Telegram-a qarşı qaldırdığı iddialara Moskvanın Taqanski Məhkəməsində baxılıb.
Məhkəmə Rusiyada hökumət əleyhinə olan xəbərlərə Telegram vasitəsilə daxil olmağın mümkün olduğunu əsas gətirərək şirkətin qanunvericiliyə əməl etmədiyinə qərar verib və platformanı 3 milyon rubl məbləğində cərimələyib.
Qeyd edək ki, Telegram Rusiyada ən məşhur sosial media platformasıdır. O, İOS üçün 14 avqust 2013-cü ildə, Android üçün 2013-cü ilin oktyabrında istifadəyə verilmişdir. Əməliyyat mərkəzi Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində yerləşir.