Son dəqiqə

Türk dünyası Türk Dövlətləri Təşkilatı media nümayəndələri Sosial media media platformaları media əməkdaşlığı

Bakıda TDT Media və İnformasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci iclası keçirilir

BAKI,TurkicWorld

Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Media və İnformasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısı keçirilir.

TurkicWorld xəbər verir ki, iclasda TDT Baş katibinin müavini Ömer Kocaman, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini Kanat İskakov, Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərinin müavini Ferhat Pirinççi və Özbəkistan Prezident Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Məzmunun İstehsalı Mərkəzinin direktoru Kobuljon Axmedov, həmçinin Təşkilatın müşahidəçi üzvü Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu iştirak edir.

Mövzuya görə xəbərlər