Devid Kemeron Qazaxıstana səfər edəcək

Devid Kemeron Qazaxıstana səfər edəcək

Bakı. TurkicWorld:

Böyük Britaniyanın xarici işlər naziri Lord Devid Kemeron Mərkəzi Asiyaya səfərləri çərçivəsində Qazaxıstana səfər edəcək.

TurkicWorld xəbər verir ki, Astanaya gözlənilən ikigünlük səfər zamanı Kemeron Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, baş nazirin müavini və xarici işlər naziri Murat Nurtleu, elm və ali təhsil naziri Sayasat Nurbek ilə görüşəcək.

Bu görüşlərdən gözlənilən mühüm mərhələ Qazaxıstan və Böyük Britaniya arasında təxminən altı il davam edən danışıqlar və əməkdaşlıq səylərinin yekunu olan Strateji Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanmasıdır.

Bu yeni nəsil sənəd ticarət və investisiya, təhlükəsizlik, əqli mülkiyyətin qorunması, enerji və mədənçıxarma, nəqliyyat, ekoloji davamlılıq, bank və maliyyə xidmətləri, məşğulluq və sosial siyasət, həmçinin elm və təhsil daxil olmaqla əsas sahələrdə əlaqələri gücləndirmək məqsədi daşıyır.

Bundan əlavə, Koventri Universitetinin filialının yaradılması, səhiyyə, o cümlədən Qazaxıstanda əczaçılıq istehsalının lokallaşdırılması və nəqliyyat kimi müxtəlif sahələri əhatə edən bir neçə ikitərəfli sazişlərin imzalanması planlaşdırılır.