Qazaxıstan IT kadrlarının hazırlanması üçün texnologiya şirkətləri ilə əməkdaşlıq edəcək

Qazaxıstan IT kadrlarının hazırlanması üçün texnologiya şirkətləri ilə əməkdaşlıq edəcək

Bakı. TurkicWorld:

Qazaxıstan IT kadrlarını hazırlamaq üçün EPAM, Binance, Google və Huawei kimi nəhəng texnologiya şirkətləri ilə əməkdaşlıq edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyi məlumat yayıb.

“Beynəlxalq tərəfdaşlarla əməkdaşlıq ölkədə insan kapitalının təşviqinə müsbət təsir göstərəcək. Başqa sözlə, EPAM, Binance, Google və Huawei kimi nəhəng texnologiya şirkətləri ilə iş aparılmalı və Coursera kimi təlim kursları inkişaf etdirilməlidir. Bu tendensiyanın daha da inkişaf etdirilməsi üçün 1 dekabr tarixindən müəllimlərə IT təhsili təklif edən mexanizm tətbiq olunacaq", - deyə nazirlikdən bildirilib.

Ləman Əsədli

Twitter: lamanasadli01