Son dəqiqə

Almaniya Bakı Enerji Forumu Uniper

Uniper 2040-cı ilədək iqlim baxımından neytral şirkət olmağı hədəfləyir - Mixael Hilmer

Bakı. TurkicWorld :

"Uniper" 2040-cı ilədək iqlim baxımından neytral şirkət olmağı hədəfləyir.

TurkicWorld xəbər verir ki, bu barədə bu gün "Uniper" şirkətinin vitse-prezidenti Mixael Hilmer 29-cu Bakı Enerji Forumu çərçivəsində "Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu" panel müzakirəsində deyib.

"Şirkətimizin aydın iqlim məqsədləri var. Almaniya 2045-ci ilədək, "Uniper" isə 2040-cı ilədək iqlim baxımından neytral olmağı hədəfləyir. Bununla belə, qaz mühüm keçid yanacağı olaraq qalır və qalacaq. Məsələ keçid dövrünün nə qədər davam edəcəyindədir. İndi buna dəqiq cavab verə bilmərik. Qaz əsasən sənaye tərəfindən istehlak olunur. Bir neçə böyük istehlakçı ağır sənayedə, xüsusilə poladtökmə və kimya sahələrindədir, lakin bu, bütün istifadəçilərə aid deyil. Bu, yaxn gələcəkdə nisbətən asan əldə edilən və əlçatan olacaq. Beləliklə, sənaye hələ uzun müddət təbii qazdan asılı qalacaq və onu əvəz etmək asan məsələ olmayacaq", - o deyib.

Hilmer həmçinin "Uniper"in Bakı Enerji Həftəsi çərçivəsində bir sıra danışıqlar apardığını qeyd edib

"Biz bu konfransda uzun illərdir ki, iştirak edirik və hər dəfə bu sahə üzrə bir çox tanınmış şəxsləri, dostları və həmkarları ilə görmək üçün əla fürsətdir. Konfrans daima yaxşı təşkil olunur və hazırki tədbir də istisna deyil", - deyə o əlavə edib.

Mövzuya görə xəbərlər