Son dəqiqə

Türkiyə Ticarət nazirliyi müdafiə sanayesi məhsulları

Yanvar-mart aylarında Türkiyə müdafiə sənayesi məhsulları ixracını artıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2023-cü ilin yanvar-mart aylarında Türkiyənin müdafiə sanayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 faiz artaraq 1,1 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin mart ayında Türkiyə 506,3 milyon dollar məbləğində müdafiə sanayesi məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 54,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (mart 2022-mart 2023) Türkiyə 4,5 milyard dollar məbləğində müdafiə sanayesi məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər