Qırğızıstan bazarlarında Türkiyədən ixrac edilən hazır geyimə olan tələb artıb

Qırğızıstan bazarlarında Türkiyədən ixrac edilən hazır geyimə olan tələb artıb

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-noyabr aylarında Qırğızıstana hazır geyim ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 59,2 faiz artıraraq 151,3 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Noyabr ayında Türkiyə Qırğızıstana hazır geyim ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 43,5 faiz artıraraq 12,6 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artaraq 19,1 milyard dollara bərabər olub.

Bu ilin noyabr ayında Türkiyə 1,6 milyard dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 5,4 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (noyabr 2021- noyabr 2022) Türkiyə 21,3 milyard dollar məbləğində hazır geyim ixrac edib.