Son dəqiqə

Milli Məclis Sahibə Qafarova Anım günü

Anım Gününün dərin ümummilli əhəmiyyəti var - Sahibə Qafarova

BAKI,TurkicWorld

Anım Gününün dərin ümummilli əhəmiyyəti var.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova parılamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamına uyğun olaraq, artıq altı ildir ölkədə Anım Günü qeyd edilir.

Sahibə Qafarova xatırladıb ki, sentyabrın 27-də Anım Günündə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Parkında Vətən müharibəsi şəhidlərinin xatirəsini yad ediblər.

Onun sözlərinə görə, həmin gün dövlət və hökumət rəsmiləri, hərbi qulluqçular, ictimaiyyətin nümayəndələri də Zəfər Parkında olublar. Ölkənin şəhər və rayonlarında Anım Günü ilə bağlı tədbirlər keçirilib.

Sahibə Qafarova vurğulayıb ki, şəhidlərin xatirəsinin qorunub saxlanılması nəsillər arasında əlaqəni möhkəmləndirir.

"Şəhidlərin xatirəsinin qorunub saxlanılması nəsillər arasında əlaqəni möhkəmləndirir, suveren və qüvvətli Azərbaycanın dəyərini daha yaxşı anlamağa da kömək göstərir", - deyə o əlavə edib.

Xəbər yenilənəcək

Mövzuya görə xəbərlər