Türkiyə Azərbaycana elektrik avadanlıqları ixracını 30 faizə qədər artırıb

Türkiyə Azərbaycana elektrik avadanlıqları ixracını 30 faizə qədər artırıb

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycana elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 27,2 faiz artıraraq 188,7 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Noyabr ayında Türkiyə Azərbaycana elektrik avadanlıqları ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 16 faiz artıraraq 17,1 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz artaraq 13,7 milyard dollara bərabər olub.

Bu ilin noyabr ayında Türkiyə 1,4 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 12,6 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (noyabr 2021- noyabr 2022) Türkiyə 15 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.