Son dəqiqə

İran ABŞ Donald Tramp Sanksiyalar iqtisadi təzyiq İran aviaşirkətləri Tommi Piqott

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqott Vaşinqtonun İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcəyini bildirib.

TurkicWorld xəbər verir ki, ABŞ İran hökumətinin aviasiya sektoru ilə əlaqəli 36 quruma, o cümlədən 27 İran aviaşirkətinə qarşı sanksiyalar tətbiq etdikdən sonra yeni açıqlama verib.

Piqott bildirib ki, ABŞ Prezidenti Donald Trampın İran rejiminin maliyyə resurslarını məhdudlaşdırmağa yönəlmiş kampaniyası davam edəcək.

Dövlət Departamentinin sözçüsü Vaşinqtonun İranın maliyyə imkanlarını zəiflətmək məqsədilə tətbiq etdiyi iqtisadi tədbirlərdən geri çəkilməyəcəyini vurğulayıb.

Yeni sanksiyalar İranın aviasiya sektorunda fəaliyyət göstərən şirkətləri və İran hökuməti ilə əlaqəli qurumları hədəfə alır.

Mövzuya görə xəbərlər