BAKI,TurkicWorld
İtaliyanın Baş naziri Giorgia Meloni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib. O, iki ölkə arasında mövcud olan dostluq münasibətlərini və strateji tərəfdaşlığı yüksək qiymətləndirib.
TurkicWorld xəbər verir ki, Giorgia Meloni “X” sosial şəbəkə hesabında paylaşım edərək Prezident İlham Əliyevə müraciət edib və Azərbaycan ilə İtaliya arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib.
Meloni bildirib ki, Azərbaycan və İtaliya uzun illər ərzində ortaq baxışlar və maraqlar əsasında möhkəm əməkdaşlıq formalaşdırıb.
İtaliya hökumətinin rəhbəri iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi istiqamətində görülən işlərlə qürur duyduğunu qeyd edib.
O, qarşıdakı dövrdə Azərbaycan və İtaliya arasında əməkdaşlığın inkişafı üçün yeni mühüm imkanların yaranacağına əminliyini ifadə edib.
Giorgia Meloninin sözlərinə görə, ölkələr arasındakı münasibətlər qarşılıqlı etimad, dostluq və ortaq maraqlar üzərində qurulub.
Azərbaycan ilə İtaliya arasında enerji, iqtisadiyyat, mədəniyyət və digər sahələrdə əməkdaşlıq uzun illərdir davam edir.





