BAKI,TurkicWorld
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb.
TurkicWorld xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov sosial şəbəkə hesabında paylaşım edərək Murad Adıgözəlzadəyə dəstək mesajı ünvanlayıb.
Paylaşımda Xalq artistinə tezliklə sağalmaq arzulanıb və onun bu çətin sınaqdan güclü şəkildə çıxacağına inam ifadə olunub.
Anar Ələkbərov bildirib ki, Azərbaycan Murad Adıgözəlzadə kimi istedadlı, sənətinə sadiq və dəyərli insanlara ehtiyac duyur.
Mesajda sənət adamlarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Mehriban Əliyevaya təşəkkür ifadə olunub.
Qeyd olunub ki, Murad Adıgözəlzadənin səhnəyə qayıtması hamı tərəfindən səbirsizliklə gözlənilir.
Xalq artistinə möhkəm cansağlığı və şəfa arzuları çatdırılıb.





