Türkiyənin xarici bazarlara avtomobil sənayesi məhsulları ixracı artıb

Türkiyənin xarici bazarlara avtomobil sənayesi məhsulları ixracı artıb

Bakı. TurkicWorld:

2022-ci ilin yanvar-noyabr aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artaraq 27,8 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin noyabr ayında Türkiyə 2,9 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 13,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (noyabr 2021- noyabr 2022) Türkiyə 30,8 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.