Qırğızıstan bazarlarında Türkiyədən ixrac edilən hazır geyimə olan tələb artıb

Qırğızıstan bazarlarında Türkiyədən ixrac edilən hazır geyimə olan tələb artıb

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-oktyabr aylarında Qırğızıstana hazır geyim ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 60,8 faiz artıraraq 138,8 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Oktyabr ayında Türkiyə Qırğızıstana hazır geyim ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 43,3 faiz artıraraq 11,2 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 17,9 milyard dollara bərabər olub.

Bu ilin oktyabr ayında Türkiyə 1,7 milyard dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 10,6 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (oktyabr 2021- oktyabr 2022) Türkiyə 21,4 milyard dollar məbləğində hazır geyim ixrac edib.