Son dəqiqə

Azərbaycan Mikayıl Cabbarov İsveçrə Biznes Forumu Andrea Rauber Saxer

İsveçrə–Azərbaycan Biznes Forumu keçirilib

BAKI,TurkicWorld

Azərbaycan–İsveçrə iqtisadi dialoqunun inkişafı, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində İsveçrə–Azərbaycan Biznes Forumu keçirilib.

Tədbirdə hər iki ölkədən dövlət rəsmiləri ilə yanaşı, enerji, nəqliyyat və logistika, tikinti, maşınqayırma, metallurgiya, qida, turizm, səhiyyə, telekommunikasiya, konsaltinq, maliyyə, kimya, əczaçılıq və s. sahələri təmsil edən şirkətlərin nümayəndələri iştirak ediblər.

Forumda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan–İsveçrə iqtisadi əməkdaşlığının inkişaf dinamikasından danışaraq ticarət və qarşılıqlı investisiyaların ikitərəfli iqtisadi əlaqələrin əsas istiqamətlərindən olduğunu bildirib. Nazir Azərbaycanın əlverişli biznes və investisiya mühiti, strateji coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları və Orta Dəhliz çərçivəsində artan rolunu vurğulayıb. Ölkəmizdə fəaliyyət göstərən azad iqtisadi və sənaye zonalarının, eləcə də yaşıl enerji potensialının investorlar, o cümlədən İsveçrə şirkətləri üçün yeni əməkdaşlıq imkanları yaratdığını qeyd edib.

Bu ilin 25-26 sentyabr tarixlərində Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevinBiznes Forumunvestisiya prioritetləri, qlobal bazarlara çıxış imkanları və əməkdaşlıq modelləri ətrafında fikir mübadiləsi aparılıb.

Mövzuya görə xəbərlər