Son dəqiqə

Azərbaycan Bosniya və Herseqovina DOST Agentliyi Fərid Məmmədov İvan Barbaliç DOST Mərkəzi

Bosniya və Herseqovina nümayəndə heyəti DOST Agentliyində olub

BAKI,TurkicWorld

Ölkəmizdə səfərdə olan Bosniya və Herseqovinanın Əmək və Məşğulluq Agentliyinin direktoru İvan Barbaliçin rəhbərlik etdiyi nümayəndə heyəti DOST Agentliyini ziyarət edib.

Qonaqlar 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olublar. Mərkəzlərdə dövlət sosial xidmətlərinin şəffaf, operativ təqdim edildiyi, bu xidmətlərdən vətəndaş məmnunluğunun 98,9 faiz təşkil etdiyi diqqətə çatdırılıb.

Daha sonra keçirilən görüşdə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov son illər ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar, DOST konsepsiyası barədə qonaqlara məlumat verib. Qeyd olunub ki, DOST mərkəzlərində sosial sahələr üzrə 164 növ xidmət “bir pəncərə”dən təqdim olunur.

Nümayəndə heyəti üçün DOST xidmətləri və ölkəmizin sosial sahədə rəqəmsal nailiyyətləri barədə təqdimatlar edilib.

Görüş zamanı ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Mövzuya görə xəbərlər