Türkiyə Statistika Təşkilatı (TÜİK) Türkiyə uşaq əhalisi statistikası TÜİK doğum hesabatı təhsil səviyyəsi Türkiyə Türkiyədə 2025 uşaq əhalisinin payı nə qədərdir Türkiyə demoqrafik dəyişikliklər 1950–2100 proqnozu

Türkiyədə uşaqlar ümumi əhalinin neçə faizini təşkil edir? - Şok detallar

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Türkiyədə 2025-ci ilin sonuna olan rəsmi göstəricilərə əsasən, ölkə əhalisinin 24,8 faizini uşaqlar təşkil edib.

TurkicWorld xəbər verir ki, ümumilikdə 86 milyon 92 min 168 nəfər əhalinin 21 milyon 375 min 930 nəfəri 0–17 yaş qrupuna daxildir.

Məlumata görə, uşaq əhalinin 51,3 faizini oğlanlar, 48,7 faizini isə qızlar təşkil edir. Statistik müqayisələr göstərir ki, 1970-ci ildə uşaq əhalisinin payı 48,5 faiz olduğu halda, bu göstərici 2025-ci ildə 24,8 faizə düşüb.

Proqnozlara əsasən, Türkiyədə uşaq əhalinin payının gələcək onilliklərdə də azalması gözlənilir. Əsas ssenariyə görə bu göstərici 2030-cu ildə 22,1 faiz, 2040-cı ildə 17,9 faiz, 2100-cü ildə isə 14,5 faiz səviyyəsinə enə bilər.

Statistikalar göstərir ki, 2025-ci ildə Türkiyədə 0–17 yaşlı uşaqlar arasında ən böyük qrup 10–14 yaş aralığı olub və ümumi uşaq əhalisinin 30,5 faizini təşkil edib.

2025-ci ildə Türkiyədə 26 milyon 977 min 795 ailə qeydə alınıb. Bunların 41,9 faizində ən azı bir uşaq yaşayır. Şanlıurfa bu göstəricidə 68,2 faizlə birinci yerdədir.

Rəsmi məlumatlara görə, 2024 - 2025 tədris ilində 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi 82,5 faiz olub. İbtidai təhsili tamamlama göstəricisi 98,6 faiz, orta təhsildə isə 81,3 faiz təşkil edib.

Eyni zamanda, xüsusi təhsil alan uşaqların ümumi təhsil alanlar içində payı 3,4 faiz olaraq qeydə alınıb.

Uşaqlar arasında yoxsulluq və sosial təcrid risqi 36,8 faiz səviyyəsindədir ki, bu da ümumi əhalidən (27,9 faiz) daha yüksəkdir.

2024-cü ildə Türkiyədə 937 min 559 körpə doğulub. Körpə ölüm səviyyəsi isə 2009-cu ildəki 13,9 promildən 2024-cü ildə 9,0 promilə enib.

2025-ci ildə doğulan oğlan uşaqlarına ən çox Alparslan, qızlara isə Alya adı verilib.

2025-ci ildə 251 min 929 uşağın atası vəfat edib, 79 min 214 uşağın anası, 4 min 907 uşağın isə hər iki valideyni dünyasını dəyişib.

Mövzuya görə xəbərlər