Son dəqiqə

Türkiyə Ticarət nazirliyi elektrik elektrik avadanlıqları Türkiyə Statistika Təşkilatı (TÜİK)

Türkiyədən ABŞ-a elektrik avadanlıqları ixracı 120 milyon dolları keçib (ÖZƏL)

BAKI,TurkicWorld, Orxan Qədirzadə

2026-cı ilin yanvar – mart aylarında Türkiyədən ABŞ-a elektrik avadanlıqları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 39 faiz artaraq, 296 milyon 480 min 16 dollara bərabər olub.

Bu barədə TurkicWorld- ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin mart ayında ABŞ-a elektrik avadanlıqları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 49,8 faiz artaraq, 128 milyon 895 min 41 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin mart ayında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə artmayaraq, 1 milyard 477 milyon 361 min dollara bərabər olub.

2026-cı ilin yanvar-mart aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz artaraq, 4 milyard 229 milyon 159 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (mart 2026 - mart 2025) Türkiyə 17 milyard 964 milyon 404 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Mövzuya görə xəbərlər