Son dəqiqə

Qazaxıstan Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi sement Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Keçən il Türkiyədən Qazaxıstana sement ixracı 8 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Qazaxıstana sement ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 22,5 faiz azalaraq, 8 milyon 455 min 80 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin dekabr ayında Qazaxıstana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 62,1 faiz artaraq, 1 milyon 150 min 73 dollara çatdırıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq, 4 milyard 499 milyon 901 min dollara bərabər olub.

“Keçən ilin dekabr ayında Türkiyə 385 milyon 460 min dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 13,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində ( dekabr 2024- dekabr 2025) Türkiyə 4 milyard 499 milyon 901 min dollar məbləğində sement ixrac edib.

Mövzuya görə xəbərlər