Son dəqiqə

Yük daşımaları Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi Beynəlxalq yük daşımaları sərnişin təyyarələri Van hava limanı Türkiyə yük daşımaları 2025 Türkiyə yük daşımaları Türkiyə limanlarında yük daşımaları Türkiyə daxili və beynəlxalq yük daşımaları Hava yük daşımaları Sərnişin rekordu Sərnişin sayı hava limanında sərnişin rekordu

Van hava limanında sərnişindaşıma 1 milyon nəfəri keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin noyabr ayında Türkiyənin Van Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 30 faiz azalaraq, 1 milyon 41 min 363 nəfər olub.

Bu barədə TurkicWorld -ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin noyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 31 faiz azalaraq, 1 milyon 36 min 456 nəfər, beynəlxalq reyslər üzrə isə 4 faiz artaraq 4 min 907 nəfər təşkil edib.

2025-ci ilin noyabr ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 31 faiz azalaraq 10 min 294 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin noyabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 31 faiz azalaraq, 10 min 200 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 49 faiz artaraq, 94 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin noyabr ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin noyabr ayı ilə müqayisədə 38 faiz azalaraq, 11 min 476 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 38 faiz azalaraq, 11 min 416, beynəlxalq reyslər üzrə isə 38 faiz azalaraq 60 olub.

2025-ci ilin noyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 229 milyon 584 min 573 nəfər, yük daşınması isə 4 milyon 738 min 323 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Mövzuya görə xəbərlər