Türkiyə Qazaxıstana hazır geyim ixracatını 30 faizdən çox artırıb

Türkiyə Qazaxıstana hazır geyim ixracatını 30 faizdən çox artırıb

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-may aylarında Qazaxıstana hazır geyim ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 34,8 faiz azaldaraq 85,2 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

May ayında Türkiyə Qazaxıstana hazır geyim ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 17,6 faiz azaldaraq 15,95 milyon dollara çatdırıb.

Qeyd edək ki , 2022-ci ilin yanvar-may aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz artaraq 8,8 milyard dollara bərabər olub.

Bu ilin may ayında Türkiyə 1,3 milyard dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 3 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (may 2021-may 2022) Türkiyə 21,4 milyard dollar məbləğində hazır geyim ixrac edib.