Son dəqiqə

Yük daşımaları Adnan Menderes Hava Limanı sərnişin təyyarələri Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi Türkiyə yük daşımaları 2025 Türkiyə yük daşımaları Türkiyədə hava nəqliyyatı 2025 Hava yük daşımaları Hava nəqliyyatı infrastrukturu Sərnişin rekordu Sərnişin sayı Hava nəqliyyatı innovasiyaları

Adnan Menderes hava limanında sərnişindaşıma 8 milyon nəfəri keçib (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin avqust ayında Türkiyənin Adnan Menderes Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 8 milyon 301 min 159 nəfər olub.

Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 8 faiz artaraq, 4 milyon 897 min 151 nəfər, beynəlxalq reyslər üzrə isə 6 faiz artaraq 3 milyon 404 min 8 nəfər təşkil edib.

2025-ci ilin avqust ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyişməyərək 108 min 336 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 55 min 915 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 2 faiz artaraq, 52 min 421 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin avqust ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin avqust ayı ilə müqayisədə 6 faiz artaraq,55 min 714 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 7 faiz artaraq, 32 min 220, beynəlxalq reyslər üzrə isə 6 faiz artaraq 23 min 494 olub.

2025-ci ilin avqust ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 162 milyon 530 min 684 nəfər, yük daşınması isə 3 milyon 346 min 622 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Mövzuya görə xəbərlər