Son dəqiqə

İraq Türkiyə Ticarət nazirliyi elektrik elektrik avadanlıqları Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM)

İyul ayında Türkiyədən İraqa elektrik avadanlıqları ixracı 73 milyon dollara çatıb (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin iyul ayında İraqa elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 32,4 faiz artaraq, 73 milyon 130 min 7 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən İraqa elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 35,4 faiz azalaraq, 514 milyon 441 min 98 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 9 milyard 890 milyon 918 min dollara bərabər olub.

“Bu ilin iyul ayında Türkiyə 1 milyard 567 milyon 617 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 11,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2024-iyul 2025) Türkiyə 17 milyard 319 milyon 83 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Mövzuya görə xəbərlər