Son dəqiqə

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Türkiyəli turistlər Turizm rekordları 2025 turizm mövsümü Turizm infrastrukturu Turizm təzyiqi Turistik şəhərlər xarici turist axını Türkiyə 2025 turizm statistikası Turizm diplomatiyası turizm siyasəti

Türkiyəyə səfər edən Qırğızıstanlıların sayı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld

2025 -ci ilin iyununda Qırğızıstandan Türkiyəyə 18 min 937 turist səfər edib ki, bu da 2024-cü ilin iyunu ilə müqayisədə 3,65 faiz azdır.

Bu barədə TurkicWorld -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qırğızıstan vətəndaşlarının payı 0,33 faiz təşkil edib.

2025-ci ilin yanvar-iyun aylarında Qırğızıstandan Türkiyəyə 98 min 840 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,23 faiz çoxdur.

2025-ci ilin yanvar-iyun aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qırğızıstan vətəndaşlarının payı isə 0,46 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2025-ci ilin iyununda Türkiyəyə 6 milyon 834 min 444 turist səfər edib ki, bu da ötən ilin iyunu ilə müqayisədə 9,13 faiz çoxdur.

2025 -ci ilin yanvar-iyun aylarında 26 milyon 388 min 831 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,96 faiz çoxdur.

Mövzuya görə xəbərlər