Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Türkiyənin ixracatı polad istehsalı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə polad ixracı 2025 Türkiyənin dünya bazarlarına polad satışı 2024 və 2025 polad ixrac müqayisəsi Türkiyə polad ixrac həcmi Türkiyə polad ixrac statistikası Türkiyə polad sənayesi Türkiyə polad ixracı

Türkiyənin polad ixracı 9 milyard dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz artaraq, 9 milyard 615 milyon 343 min dollara bərabər olub.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyul ayında Türkiyə 1 milyard 370 milyon 483 min dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 3,2 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2024-iyul 2025) Türkiyə 16 milyard 419 milyon 845 min dollar məbləğində polad ixrac edib.

Mövzuya görə xəbərlər