Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Türkiyə turizm statistikası Türkiyəli turistlər Turizm rekordları 2025 turizm mövsümü Turizm təzyiqi Turistik şəhərlər Turistlərin gəzintisi üçün əlverişli şəhərlər xarici turist axını Türkiyə 2025 turizm statistikası Azərbaycan-Türkiyə turizm əlaqələri Türkiyə turizmi 2025

Türkiyəyə səfər edən Azərbaycan turistlərinin sayı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld

2025 -ci ilin aprelində Azərbaycandan Türkiyəyə 62 min 569 turist səfər edib ki, bu da 2024-cü ilin apreli ilə müqayisədə 5,52 faiz azdır.

Bu barədə TurkicWorld -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 1,60 faiz təşkil edib.

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandan Türkiyəyə 245 min 642 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz azdır.

2025-ci ilin yanvar-aprel aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı isə 2,32 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2025-ci ilin aprelində Türkiyəyə 3 milyon 900 min 546 turist səfər edib ki, bu da ötən ilin apreli ilə müqayisədə 8,1 faiz çoxdur.

2025 -ci ilin yanvar-aprel aylarında 10 milyon 590 min 9 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,60 faiz azdır.

Mövzuya görə xəbərlər