Son dəqiqə

sərnişin təyyarələri Ankara Esenboğa Hava Limanını Türkiyə yük daşımaları Türkiyənin Nəqliyyat və İnfrastrukturda Əsr Zirvəsi Türkiyədə hava nəqliyyatı 2025 Türkiyə nəqliyyat layihələri Hava nəqliyyatı infrastrukturu Sərnişin rekordu Sərnişin sayı

Ankara Esenboğa hava limanında sərnişindaşıma 4 milyon nəfəri keçib (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin aprel ayında Türkiyənin Ankara Esenboğa Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq, 4 milyon 116 min 36 nəfər olub.

Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin aprel ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 2 faiz artaraq, 3 milyon 137 min 387 nəfər, beynəlxalq reyslər üzrə isə 8 faiz artaraq 978 min 604 nəfər təşkil edib.

2025-ci ilin aprel ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq 38 min 344 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin aprel ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 24 min 168 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 7 faiz artaraq, 14 min 676 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin aprel ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin aprel ayı ilə müqayisədə 1 faiz artaraq, 30 min 804 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı dəyişməyərək, 22 min 784, beynəlxalq reyslər üzrə isə 5 faiz artaraq 8 min 20 olub.

2025-ci ilin aprel ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 64 milyon 197 min 713 nəfər, yük daşınması isə 1 milyon 431 min 519 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Mövzuya görə xəbərlər