Bakı, TurkicWorld
2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artaraq, 12 milyard 635 milyon 489 min dollara bərabər olub.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin aprel ayında Türkiyə 3 milyard 145 milyon 722 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 14,8 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025) Türkiyə 37 milyard 970 milyon 141 min dollar məbləğində avtomobil ixrac edib.







