Bakı, TurkicWorld
2025-ci ilin mart ayında Türkiyənin Muğla – Dalaman Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 259 min 170 nəfər olub.
Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin mart ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 2 faiz artaraq, 215 min 97 nəfər, beynəlxalq reyslər üzrə isə 3 faiz azalaraq, 44 min 73 nəfər təşkil edib.
2025-ci ilin mart ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 2 min 63 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin mart ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, min 599 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 11 faiz azalaraq, 464 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2025-ci ilin mart ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin mart ayı ilə müqayisədə 51 faiz artaraq, 5 min 456 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 56 faiz artaraq, 5 min 20, beynəlxalq reyslər üzrə isə 7 faiz artaraq 436 olub.
2025-ci ilin mart ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 45 milyon 139 min 958 nəfər, yük daşınması isə 1 milyon 38 min 913 ton təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.







