Son dəqiqə

Avtomobil sənayesi məhsulları Türkiyə Ticarət nazirliyi Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) avtomobil ixracı

Türkiyədən Azərbaycana avtomobil ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

Türkiyə 2025-cü ilin mart ayında Azərbaycana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz azalaraq, 6 milyon 800 min 46 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – mart aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz azalaraq, 19 milyon 616 min 12 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz artıb, 9 milyon 494 min 834 dollara bərabər olub.

“Bu ilin mart ayında Türkiyə 3 milyon 517 min 876 dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 9,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2025) Türkiyə 37 milyon 569 min 656 dollar məbləğində avtomobil ixrac edib.

Mövzuya görə xəbərlər