Bakı, TurkicWorld
2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin Gemlik limanı 8 milyon 430 min 850 ton yük qəbul edib.
Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, Gemlik limanından Türkiyə bayrağı altında üzən 971 min 309 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 7 milyon 459 min 541 ton yük daşınıb.
2024-cü ilin yanvar-avqust aylarında Gemlik limanından 759 min 141 ton tranzit yük aşırılıb.
Qeyd edək ki, 2024-cü ilin avqust ayında Türkiyə limanlarının yük dövriyyərisi 31 milyon 474 min 554 ton olub. Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 578 min 844 ton təşkil edib.
“Türkiyə limanlarında digər ölkərin bayraqları altında gəmilərlə yük daşıma dövriyyəsi 29 milyon 11 min 669 ton olub”, – deyə nazirlikdən bildirilib.
Bununla yanaşı, 2024-cü ilin avqust ayında Türkiyə limanlarında transit yük daşıma dövriyyəsi 5 milyon 673 min 127 ton təşkil edib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-avqust aylarında Türkiyə limanları 267 milyon 808 min 760 ton yük qəbul edib.
“Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 19 milyon 918 min 491 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 247 milyon 890 min 269 ton təşkil edib”, – deyə məlumatda qeyd edilib.
Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-avqust aylarında Türkiyə limanlarından 33 milyon 388 min 386 ton transit yük daşınıb.
Qeyd edək ki, bu ilin yanvar- avqust ayında Türkiyə limanları 40 min 846 gəmi qəbul edib.
Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 535, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 2 min 331 olub.