Son dəqiqə

avqust statistikaları Ankara Esenboğa Hava Limanını

Ankara Esenboğa hava limanında sərnişindaşıma 8 milyon nəfəri keçib(ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin avqust ayında Türkiyənin Ankara Esenboğa Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz arataraq, 8 milyon 704 min 642 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin avqust ayında hava limanında daxili reyslər üzrə sərnişindaşıma 2023-cü ilin analoji dövrü ilə müqayisədə 7 faiz artaraq, 6 milyon 508 min 434 nəfər, beynəlxalq reyslər üzrə isə 23 faiz artaraq 2 milyon 196 min 208 nəfər təşkil edib.

2024-cü ilin avqust ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq 84 min 766 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin avqust ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 52 min 330 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 15 faiz artaraq, 32 min 436 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin avqust ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin avqust ayı ilə müqayisədə 7 faiz artaraq, 65 min 438 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 3 faiz artaraq, 48 min 247, beynəlxalq reyslər üzrə isə 17 faiz artaraq 17 min 191 olub.

Bu ilin avqust ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 154 milyon 764 min 587 nəfər, yük daşınması isə 3 milyon 233 min 453 ton təşkil edib.

Mövzuya görə xəbərlər